112 Arxiv
Xəbərlər

Geri

Müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib 01.04.2022 / Görüşlər

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Banklar Assosiasiyası və Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə onlayn görüş təşkil olunub. Görüşdə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları ilə güzəştli kredit əldə etmək istəyən sahibkarlar arasında daha sıx əlaqələrin yaradılması imkanları müzakirə olunub.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev Fondun 2022-ci il üzrə fəaliyyətinin prioritet istiqamətləri və müvəkkil kredit təşkilatlarından gözləntilər barədə təqdimatla çıxış edib, aqrar sektorun inkişafının təmin edilməsi baxımından güzəştli kreditlərin verilməsində emalyönümlü layihələrə üstünlük verilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə Fondun dəstək mexanizmləri üzrə çevikliyin artırılmasına nail olmaq və mexanizmlərin icrası zamanı müvəkkil kredit təşkilatlarının nümayəndələrinin yaranmış suallarının operativ cavablandırılmasını təmin etmək məqsədilə işçi qrupunun yaradılması barədə qərar qəbul olunub.

Görüşdə sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə müzakirələr aparılıb, sualları cavablandırılıb.