127 Arxiv
Xəbərlər

Geri

SİF-də bank əməkdaşları təltif olunub 31.12.2021 / Mühüm hadisələr

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsində fəal iştirak edən müvəkkil kredit təşkilatlarının əməkdaşlarını təltif edib.

2021-ci ilin sentyabr-dekabr aylarında mikro, kiçik və orta biznes subyektlərinə Fondun prioritet hesab etdiyi sahələr üzrə ən çox sayda layihəyə güzəştli kredit verilməsini sənədləşdirən 3 bank əməkdaşına – Şəmsəddin Zeynalov (“AccessBank” QSC), Tural İskəndərov (“Bank Respublika” ASC) və Natiq Məmmədova (“Ziraat Bank Azərbaycan” ASC) diplomlar təqdim olunub.

Qeyd edək ki, 2021-ci ilin 1 dekabr tarixinədək sahibkarlar, o cümlədən 1544 sayda mikro, kiçik və orta biznes subyekti müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən istifadə imkanı əldə edib.