97 Arxiv
Xəbərlər

Geri

Aqrobiznesin dəstəklənməsi ilə bağlı görüş keçirilib 12.11.2021 / Görüşlər

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndələrinin iştirakı ilə videoformatda görüş keçirilib.

Görüşdə aqrar sektorun kreditləşməsi, aqrobiznesin inkişafı, bu sahədə birgə fəaliyyət və dəstək mexanizmləri ilə bağlı müzakirələr aparılıb.

SİF-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev kənd təsərrüfatı məhsullarının istehsalı və emalının güzəştli qaydaya maliyyələşdirilməsinin Fond üçün prioritet istiqamət olduğunu vurğulayıb. Bildirilib ki, 2021-ci ilin ötən dövründə SİF tərəfindən verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 94%-dən çoxu kənd təsərrüfatı məhsullarının istehsalının payına düşür. Emalın təşviq edilməsinin vacibliyini vurğulayan Osman Xaliyev AKİA ilə bu istiqamətdə əməkdaşlığın önəmini qeyd edib.

AKİA-nın sədri Seymur Mövlayev SİF-lə tərəfdaşlığın inkişafının və bunun nəticəsində bizneslər üçün daha sərfəli maliyyələşmə şərtlərinin formalaşacağını vurğulayıb.

Görüşdə kənd təsərrüfatı sahəsində emalın payının artırılmasının, fermerlərin maliyyə əlçatanlığının təmin olunmasının, risklərin idarə edilməsi məqsədilə etibarlı sığorta mexanizmlərinin formalaşdırılmasının vacibliyi qeyd olunub.