184 Arxiv
Xəbərlər

Geri

Sahibkarlar üçün işgüzar forum 04.11.2019 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) Kürdəmir rayonunda sahibkarlar üçün işgüzar forum təşkil edib.

Tədbirdə SİF-dən güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq, Kürdəmir rayonunun iqtisadi potensialının daha geniş reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, pambıqçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İşgüzar forumda sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, startapların dəstəklənməsi üçün SİF-də yaradılmış Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzləri barədə məlumat verilib, sahibkarlar bu imkanlardan yararlanmağa dəvət olunub.

Tədbirdə sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.