267 Arxiv
Xəbərlər

Geri

Suraxanıda sahibkarlara güzəştli kredit verilib 17.09.2019 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.

Bu istiqamətdə növbəti tədbir - sentyabrın 17-də Suraxanı rayonunda keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, startap layihələrinin maliyyələşdirilməsi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verən Sahib Məmmədov Sahibkarlığln İnkişafı Fondunun Bakıətrafı kənd və qəsəbələrdə və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, ölkə üzrə 2019-cu ilin ötən dövründə sahibkarların 801 investisiya layihəsinin maliyyələşdirilməsinə 105 milyon manat güzəştli kredit verilib. Bu ilin ötən dövrü ərzində verilmiş kreditlərin əsas hissəsi - 97%-i kiçik və orta həcmli kreditlər olmaqla kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə ayrılıb.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, bağçılıq, çörək, tara, mebel istehsalı və s. sahələrə yönəldiləcək və investisiya layıhələrinin reallaşdırılması 60-dan çox iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilmiş güzəştli kreditlərdən istifadə etməklə yaradılmış mebel istehsalı müəssisəsinə baxış keçirilib