Geri
Dekabrın 13-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Turizm sektorunun səmərəli fəaliyyətinin təşkili və prioritetlərin müəyyənləşdirilməsi” mövzusunda tədbir keçirilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Turizm Agentliyinin, QHT-lərin, Milli Turizm Təbliğat Bürosunun, mehmanxanaların, ali təhsil müəssisələrinin nümayəndələri, turizm sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olan turizm sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının icrası ilə bağlı görülmüş işlər, habelə ölkədə turizmin formalaşdırılması və regional infrastrukturunun inkişafı haqqında məlumat verilib.
Sonda turizm sektorunun səmərəli fəaliyyətinin təşkili məqsədilə turizmin inkişafı ilə bağlı ayrılacaq vəsaitlərin sərf edilməsi istiqamətlərinin, sahibkarlıq növlərinin və prioritetlərin müəyyənləşdirilməsi ilə əlaqədar müzakirələr aparıldı və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.