Geri
“Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.07.2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmişdir. Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçir.
Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun debitor və kreditorlarına bu barədə xəbərdarlıq edilir və kreditorların tələblərinin (Azərbaycan Respublikası Prezidentinin 31.07.2018-ci il tarixli 224 nömrəli Fərmanının 5.1-ci bəndində göstərilən öhdəliklər üzrə kreditorlar istisna olmaqla) irəli sürülməsi bu elan dərc edildiyi andan 15 gün müddətində müəyyən edilir.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 172
Telefon: (012) 4345011
Fax: (012) 4343717
e-mail: info@anfes.gov.az