270 Arxiv
Xəbərlər

Geri

Göygöldə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib 27.04.2018 / Konfranslar, iclaslar

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. 
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu aprelin 27-də Göygöl rayonunda keçirib.
İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Göygöl rayonunun iqtisadi potensialına uyğun olaraq, bal emalı və qablaşdırılması, habelə süd emalı müəssisələrinin, cins heyvandarlıq kompleksinin, kartofçuluq və üzümçülük təsərrüfatlarının, kənd turizmi və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 364,5 milyon manat olan 269 investisiya layihəsi maliyyələşdirilib. Bu layihələrin reallaşdırılması 5600-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 35 sahibkara 7,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər aqroparkın yaradılması, un məmulatlarının, tikinti materiallarının istehsalı, üzümçülük, tərəvəzçilik, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yeri açılacaq. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 257,1 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan tikinti materiallarının istehsalı müəssisəsinə baxış keçirilib.