271 Arxiv
Xəbərlər

Geri

Ağdaşda sahibkarlara güzəştli kredit verilib 19.10.2017 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
Bu sahədə növbəti işgüzar forum oktyabrın 19-də Ağdaş rayonunun Qulbəndə kəndində keçirilib.
İşgüzar forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaş rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd və çəltik emalı müəssisələrinin, soyuducu anbarın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 542,5 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 10,7 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, əkinçilik, quşçuluq, aqroparkın yaradılması, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradacaq.
Tədbir çərçivəsində Ağdaş rayonunun Ərəbocağı kəndində dövlətin güzəştli krediti ayrılan cins heyvandarlıq təsərrüfatına baxış keçirilib.
Ümumilikdə indiyədək, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 242,6 milyon manat olan 25 müasir heyvandarlıq kompleksinin yaradılmasına 109 milyon manat güzəştli kredit verilib. Artıq bu heyvandarlıq komplekslərindən 20-i fəaliyyət göstərir.

 

skmf-19-10-2017-1 skmf-19-10-2017-2
skmf-19-10-2017-3