247 Arxiv
Xəbərlər

Geri

Masallıda sahibkarlara güzəştli kreditlər verilib 13.07.2017 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
İyulun 13-də sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Masallı rayonunun Dəlləkoba kəndində keçirillib. Forumda 60-a yaxın sahibkar iştirak edib.
Forum çərçivəsində Masallının iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, onlara Fond tərəfindən rayonunun iqtisadi potensialına uyğun olaraq hazırlanmış cins heyvandarlıq, kartofçuluq, istixana, intensiv bağçılıq və çayçılıq təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, 2017-ci ilin ötən dövrü ərzində 840 sahibkara 65,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 309 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, üzümçülük, əkinçilik, çayçılıq, istixana təsərrüfatlarının, çörək və mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonu üzrə 3100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,1 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Masallı rayonunda güzəştli kredit ayrılan çayçılıq təsərrüfatına və mebel istehsalı müəssisəsinə baxış keçirilib.
Qeyd edək ki, indiyədək çayçılığın inkişafı ilə bağlı 14 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verilib.

 

skmf-13-07-2017-1 skmf-13-07-2017-2
skmf-13-07-2017-3 skmf-13-07-2017-4