273 Arxiv
Xəbərlər

Geri

Siyəzən rayonunda güzəştli kreditlər hesabına quş yemi istehsalı müəssisəsi yaradılıb 11.05.2017 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
Bu istiqamətdə növbəti işgüzar forumu mayın 11-də Siyəzən rayonunun Böyük Həmyə kəndində təşkil edilib.
İşgüzar forum çərçivəsində Siyəzən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq, zeytunçuluq və cins heyvandarlıq təsərrüfatlarının, badam bağlarının salınması və süd emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Siyəzən rayonundan olan 95 sahibkara 16,8 milyon manat güzəştli kredit ayrılıb. Qeyd edilib ki, ümumilikdə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2346 investisiya layihəsinin maliyyələşdirilməsinə 185 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 200 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək.
Forum çərçivəsində Siyəzəndə güzəştli kredit ayrılan quşçuluq sahəsi üzrə yem istehsalı müəssisəsinin yenidən qurulması işlərinə baxış keçirilib.
Ümumiyyətlə, indiyədək istehsal gücü 59 min ton quş əti və 340 milyon ədəddən çox yumurta istehsalı olan 39 quşçuluq təsərrüfatına 132,3 milyon manat güzəştli kredit verilib. Görülən tədbirlər nəticəsində quşçuluq təsərrüfatlarınının illik istehsal gücü 130 min tona çatıb, quş əti və yumurta istehsalı artıb, özünütəminetmə səviyyəsi yüksəlib.

 

skmf-11-05-2017-1 skmf-11-05-2017-2