252 Arxiv
Xəbərlər

Geri

Qobustanda sahibkarlara güzəştli kreditlər verilib 27.04.2017 / Konfranslar, iclaslar

Bu ilin ötən dövründə sahibkarlara 25 milyon manat güzəştli kredit verilib

 

24-04-2017-2İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
Aprelin 27-də bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Qobustan rayonunun Mərəzə qəsəbəsində keçirilib.
Forum çərçivəsində Qobustan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük, arıçılıq və bağçılıq təsərrüfatlarının, süd emalı və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli krediti hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2017-ci ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 25 milyon manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini bildirib.
24-04-2017-1Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,1 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, quşçuluq, müalicə-sağlamlıq kompleksinin inşası və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qobustan rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatına baxış keçirilib.