257 Arxiv
Xəbərlər

Geri

Ölkəmizdə ilk dəfə ticarət festivalı - “Baku Shopping Festival” keçiriləcək 05.04.2017 / Konfranslar, iclaslar

 “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli Sərəncamında və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkəmizdə müasir turizm sənayesinin formalaşdırılması, onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, turizmdən gələn gəlirlərin çoxalması, eləcə də Azərbaycanın turizm cəlbediciliyinin yüksəldilməsi və xarici turistlərin ölkəyə gəlişinin stimullaşdırılması məqsədilə 2017-ci ildən başlayaraq hər il ölkədə ticarət festivallarının (“shoppinq festival”) keçirilməsi nəzərdə tutulur.

Ümümdünya Turizm Təşkilatının məlumatına əsasən, son illər ticarət turizmi sürətlə inkişaf edir  və turistlərin xərcləri sırasında xüsusi çəkiyə malik olan ticarət milli iqtisadiyyatın əsas gəlir mənbəyinə çevrilir.

Bu il Bakıda aprel–10 may tarixlərində ilk ticarət festivalı (“shoppinq festival”) keçiriləcəkdir. Ticarət festivalı ölkəyə gələn turistlərin sayını artırmaqla, turizm, pərakəndə ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək, beynəlxalq turizm bazarında Azərbaycanın turizm imicini daha da möhkəmləndirəcək və ölkəyə ciddi iqtisadi faydalar gətirəcəkdir.

“Baku Shopping Festival” ilə bağlı ətraflı məlumatı www.bakushopfest.com saytından əldə etmək olar.