258 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib 28.10.2016 / Konfranslar, iclaslar

skmf-28-10-2016-1İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Oktyabrın 28-də bu istiqamətdə növbəti tədbir – Xəzər rayonunun Mərdəkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, ixtisaslaşdırılmış "yaşıl market"in, istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağlarının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-ci ilin ötən dövrü ərzində ölkə üzrə 1876 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 123,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər skmf-28-10-2016-2hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5900-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 344,6 milyon manat güzəştli kredit yönəldilib.
Mərdəkanda keçirilən işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkara 905 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər əsasən, quşçuluq, tərəvəzçilik, mebel, karton məhsulları, un məmulatları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər 32 müasir istixana kompleksinin yaradılmasına 97.4 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə tərəvəz məhsulları istehsal edən istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

skmf-28-10-2016-3