254 Arxiv
Xəbərlər

Geri

Biləsuvarda sahibkarlara güzəştli kreditlər verilib 06.10.2016 / Konfranslar, iclaslar

Mayın 6-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunun Ağalıkənd kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-ci ilin 9 ayı ərzində 1815 sahibkara 120,6 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 84%-i aqrar sektorun, 16%-i isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 66,8%-i regionların, 33,2%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 51 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, soyuducu anbarın tikintisi, çörək istehsalı və balıqçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Biləsuvarda güzəştli kreditlər ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib. Hazırda təsərrüfatlarda yığım işləri davam edir. Ümumilikdə indiyədək respublika üzrə pambıqçılıqla bağlı 370-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 61,7 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövrü ərzində 250-ə yaxın sahibkara 3 milyon manatdan çox güzəştli kredit verilib.

 

skmf-06-10-2016-1 skmf-06-10-2016-2
skmf-06-10-2016-3 skmf-06-10-2016-4