248 Arxiv
Xəbərlər

Geri

Ermənilər heyvandarlıq təsərrüfatına ciddi zərər vurub 29.04.2016 / Konfranslar, iclaslar

Məlum olduğu kimi, atəşkəs rejimini mütəmadi pozan erməni təxribatçıları dinc əhali ilə yanaşı, mülki obyektləri də atəşə tutmaqda davam edirlər.
Aprelin 27-dən 28-ə keçən gecə ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Ağdamın Əfətli kəndində yerləşən "Qara inək fermer təsərrüfatı" MMC-yə ciddi ziyan dəymiş, ofis binası dağılmış, sağım sistemi sıradan çıxmış, təsərrüfatın südün saxlanılması hissəsinə və tövlələrə ciddi zərər dəymiş, çoxlu sayda mal-qara tələf olmuşdur.
Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri Ağdamın Əfətli kəndində güzəştli kreditlərdən istifadə etməklə yaradılan "Qara inək fermer təsərrüfatı" MMC-də olmuş, təsərrüfata baxış keçirmişlər.
"Qara inək fermer təsərrüfatı" MMC-nin fəaliyyətinin bərpası üçün sahibkara lazımi köməklik göstərilir.