312 Arxiv
Xəbərlər

Geri

Tərtərdə pambıqçılığın inkişafı təşviq olunur 29.04.2016 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafında, xüsusilə cəbhə və sərhəd bölgələrində fəaliyyət göstərən 29-04-2016-02sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.
Aprelin 29-da bu istiqamətdə növbəti tədbir Tərtər rayonunda keçirilmişdir. Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forumda sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə məlumat verilmiş, Tərtərdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
120-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Tərtər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq təsərrüfatlarının, 3 ulduz otelin və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
29-04-2016-03Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində 577 sahibkara 45,5 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 950-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə 29,3 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, iri fermer təsərrüfatları, quşçuluq fabriki, cins heyvandarlıq kompleksləri, üzümçülük təsərrüfatları və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 260 min manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, pambıqçılıq, heyvandarlıq sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 40-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.29-04.2016-04
Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilmişdir. Ümumilikdə, indiyədək pambıqçılığın inkişafı ilə bağlı 190-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 59 milyon manata yaxın, o cümlədən 5 iri fermer təsərrüfatına 23 milyon manat, 170-dən çox kiçik həcmli pambıqçılıq təsərrüfatına 2,1 milyon manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 milyon manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilmişdir.