248 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığa Kömək Milli Fondunun 2015-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilmişdir 19.04.2016 / Konfranslar, iclaslar

"Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"yə uyğun olaraq, "KPMG Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2015-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilmişdir.
Audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilmişdir.
"KPMG Azerbaijan" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2015-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilmiş, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilmişdir.
Qeyd edək ki, artıq 8 ildir ki, beynəlxalq audit şirkətləri tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi aparılır.