267 Arxiv
Xəbərlər

Geri

Qax rayonunda işgüzar forum keçirilmişdir 14.04.2016 / Konfranslar, iclaslar

Tütünçülüyün inkişafı təşviq olunur

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi və sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlərini davam etdirir.
Bu məqsədlə növbəti işgüzar forum aprelin 14-də Qax rayonunun Zəyəm kəndində keçirilmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatların verilməsi, Qaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin təşkili və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2016-cı ilin ötən dövrü ərzində 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edilmişdir ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 96,6 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Qax və ətraf rayonlardan olan 32 sahibkara 330 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq, bağçılıq, mineral su, qapı-pəncərə istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 50-yə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Tədbir çərçivəsində Qax rayonunun Qarabaldır kəndində ildə 6 min ton süd emal etmək gücündə olan heyvandarlıq müəssisəsinə baxış keçirilmişdir.
Ümumilikdə, indiyədək illik emal gücü 207,4 min ton olan 9 süd emalı zavodunun maliyyələşdirilməsinə 21,6 milyon manat güzəştli kredit verilmişdir.

 

skmf-14-04-2016-1 skmf-14-04-2016-2
skmf-14-04-2016-3 skmf-14-04-2016-4