259 Arxiv
Xəbərlər

Geri

2015-ci ildə sahibkarlara 248.5 milyon manat güzəştli kredit verilib 11.01.2016 / Konfranslar, iclaslar

Sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib.

4000-dən çox sahibkarın iştirak etdiyi tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub.

Ümumilikdə, ötən il İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdıdırlması 12600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.