269 Arxiv
Xəbərlər

Geri

Sahibkarların nəzərinə! “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilmiş tədbirlər haqqında 08.01.2016 / Konfranslar, iclaslar

Hörmətli sahibkarlar!

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli iclası zamanı verilmiş tapşırıqların icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aşağıda qeyd olunmuş işlər həyata keçirilmişdir.

İnert yüklərin dəmir yolu ilə daşınması məqsədilə 1000 ədəd yarımvaqon və 200 ədəd platforma vaqonları alınaraq istismara buraxılmışdır;

Binə, Dübəndi, Zabrat stansiyalarında xüsusi yük boşaltma məntəqələri yaradılmış və Mingəçevir şəhər, Bərdə və Vətəgə stansiyalarında yük doldurma sahələri bərpa edilmişdir. Eyni zamanda tələbata uyğun olaraq zərurət yarandığı təqdirdə, digər müvafiq stansiyalarda da inert yüklərin boşaldılması üçün zəruri mobilliyi olan meydançaların yaradılması planlaşdırılır;

Dəmir yolunda inert yüklərin yarımvaqonlarda daşıma normalarının müəyyənləşdirilməsi məqsədilə müvafiq işçi komissiya yaradılmış və bu iş daima nəzarətdə saxlanılır;

Daşınan inert yüklərin çəkisinə nəzarət etmək məqsədilə Keşlə stansiyasında yeni vaqon tərəzisi quraşdırılmış, Mingəçevir şəhər və Gəncə stansiyalarındakı vaqon tərəziləri bərpa edilmiş, İmişli stansiyasında yeni vaqon tərəzisinin quraşdırılması işləri yekunlaşmaq üzrədir və digər inert yüklər yüklənən stansiyalarda da yeni vaqon tərəzilərinin quraşdırılması planlaşdırılır.

Yuxarıda qeyd olunanlarla əlaqədar maraqlı sahibkarlar və işgüzar dairələr daha ətraflı məlumatları “Azərbaycan Dəmir Yolları” QSC-nin əlaqə vasitələrindən əldə edə bilərlər.

 

Ünvan: AZ1010, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 230

Telefon: +994 12 499 44 11;

Faks: +994 12 499 46 64.

Elektron ünvan: office@railway.gov.az