253 Arxiv
Xəbərlər

Geri

Şəkidə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir 10.12.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum dekabrın 10-da Şəki rayonunun Qoxmuq kəndində keçirilmişdir. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatlar verilmiş, Şəkidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilmiş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
130-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şəki rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının, pendir, meyvə emalı və qablaşdırılması, üzlüklər, dam örtükləri və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
İşgüzar forum çərçivəsində Şəki və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 780 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq, əkinçilik, çayçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1914 investisiya layihəsinin maliyyələşdirilməsinə 96,5 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, ət və süd emalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 8700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır. Qeyd edilmişdir ki, indiyədək Şəki rayonunda fəaliyyət göstərən 429 sahibkara 28,1 milyon manat (bu gün keçirilən işgüzar forumda verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verilmişdir.
Forum çərçivəsində Şəki rayonunun Göybulaq kəndində dövlətin güzəştli krediti ayrılmış taxıl anbarı və dəyirman kompleksinin fəaliyyətinə baxış keçirilmişdir. Son illərdə tutumu 352 min tona yaxın olan 23 müasir taxıl anbarı kompleksinin yaradılmasına 30,8 milyon manat güzəştli kredit verilmişdir. Artıq bu anbarlardan 21-i istifadəyə verilmişdir.

 

skmf-10-12-2015-1 skmf-10-12-2015-2