277 Arxiv
Xəbərlər

Geri

Tovuzda sahibkarlara güzəştli kreditlər verilmişdir 22.10.2015 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu oktyabrın 22-də Tovuz rayonunun Qovlar şəhərində keçirmişdir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Tovuzda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilmiş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Tovuz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer təsərrüfatının, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu, istixana və intensiv üzümçülük təsərrüfatlarının, meyvəqurutma, şirniyyat məhsulları, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 4500-ə yaxın sahibkara 170,4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Qeyd edilmişdir ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5640-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 210,3 milyon manatdan çox güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, tikinti materialllarının istehsalı müəssisələrinin, istixana, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
İşgüzar forum çərçivəsində Tovuz və ətraf rayonlardan olan 63 sahibkara 4,5 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, arıçılıq, üzümçülük, bağçılıq, tərəvəzçilik, ixtisaslaşdırılmış "yaşıl market"in tikintisi, süfrə suları və meyvə şirələri, tamet istehsalı sahələrinin inkişafına yönəldiləcək.
Forum çərçivəsində Tovuz rayonunda güzəştli krediti ayrılmış logistik mərkəzə və üzümçülük təsərrüfatına baxış keçirilmişdir.