237 Arxiv
Xəbərlər

Geri

Lənkəranda sahibkarlara güzəştli kreditlər verilmişdir Lənkəranda güzəştli kreditlər hesabına yaradılmış meyvə-tərəvəz emalı zavodu fermerlərdən meyvə və tərəvəzin tədarükünü davam etdirir 10.09.2015 / Konfranslar, iclaslar

"Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair növbəti işgüzar forum sentyabrın 10-da Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə 80-ə yaxın sahibkara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarlara güzəştli kreditlər verilmişdir
Forumda Lənkəran və ətraf rayonlarda ixtisaslaşdırılmış "yaşıl market"in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq və intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının, dekorativ üzlük daşların, plastik qabların istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarlara nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim edilmişdir.
Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2015-ci ilin ötən dövründə ölkə üzrə 3960-dək sahibkara 139.4 milyon manat (bu gün keçirilən tədbirdə verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8600-dən çox yeni iş yerinin yaradılmasına imkan verdiyini diqqətə çatdırmışdır.
Ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 103.4 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş güzəştli kreditlər hesabına reallaşdırılan layihələrin icrası 11000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Bu kreditlərin 25.4 milyon manatı Lənkəranın payına düşür.
Forum çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 66 sahibkara 1.2 mln. manat güzəştli kredit verilmişdir.
Forum çərçivəsində dövlətin güzəştli kreditlərindən istifadə edilməklə yaradılan Lənkəran şəhərində meyvə-tərəvəz emalı və Digah kəndində olan çörək zavodlarının fəaliyyətinə baxış keçirilmişdir.

 

skmf-lankaran-10-09-2015-1 skmf-lankaran-10-09-2015-2