242 Arxiv
Xəbərlər

Geri

Ucqar dağ rayonlarında güzəştli kreditlər hesabına iri müəssisələr yaradılır 19.02.2015 / Konfranslar, iclaslar

skmf-19-02-2015-1İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Fevralın 19-da Sahibkarlığa Kömək Milli Fondu Lerik rayonunun Hamarmeşə kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Lerikdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir, plastik qapı-pəncərə və corab istehsalı, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin skmf-19-02-2015-2yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 583 sahibkara 12,6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2189 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10500-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.
Şirzad Abdullayev bildirmişdir ki, kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditləri daha asan almaları və fermerlər arasında kooperasiya münasibətlərini inkişaf etdirmək məqsədilə bank olmayan kredit təşkilatları ilə əməkdaşlıq genişləndirilir. Bununla əlaqədar olaraq, forumda iştirak edən Lerik rayonunda fəaliyyət göstərən bank olmayan kredit təşkilatının Fondla əməkdaşlıqla bağlı müraciətinə qanunvericiliyə uyğun baxılacağı bildirilmişdir.
İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 67 sahibkara 507,5 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Lerikdə güzəştli kredit ayrılmış çörək, süfrə suları istehsalı müəssisələrinə və quşçuluq fabrikinə baxış keçirilmişdir.