239 Arxiv
Xəbərlər

Geri

Cəbrayıldan olan məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilmişdir 23.01.2015 / Konfranslar, iclaslar

4 saylı qəsəbədə süd emalı müəssisəsinin tikintisinə başlanmışdır

 

skmf-cebrayil-23-01-2015-1-Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilmiş tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunmuş, çadır düşərgələri tamamilə ləğv edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Yanvarın 23-də Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair bu ilin ilk işgüzar forumu keçirmişdir.
80-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində regionda məcburi köçkünlərin məşğul ola biləcəyi güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr - cins skmf-cebrayil-23-01-2015-2heyvandarlıq, çörək və şirniyyat məhsullarının istehsalı, tikiş və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, məcburi köçkünlərin istək və arzularına uyğun olaraq, bu istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq gətirilməsi və quraşdırılmasına dəstək göstəriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, Fondun fəaliyyətində əsas prioritetlərdən biri də məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Qeyd edilmişdir ki, indiyədək 1517 məcburi köçkün sahibkara 33,6 milyon manat, o cümlədən Cəbrayıldan olan 254 məcburi köçkünə 1,7 milyon manat güzəştli kredit verilmiş, bu kreditlərin reallaşdırılması nəticəsində 3000-dən çox yeni iş yerinin yaradılması mümkün olmuşdur. 2014-cü il ərzində 317 məcburi köçkün sahibkara 7,7 milyon manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilmişdir ki, bu kreditlər hesabına 550-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İşgüzar forum çərçivəsində Cəbrayıldan olan 13 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 115 min manat güzəştli kredit verilmişdir. Biləsuvarda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Qeyd edək ki, 4 saylı qəsəbədə dövlətin güzəştli krediti ayrılmış süd emalı müəssisəsinin tikintisinə başlanmışdır.