245 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi "PraysvoterhausKupers Audit Azərbaycan" audit şirkəti tərəfindən həyata keçiriləcək 24.11.2014 / Konfranslar, iclaslar

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2014-cü il üzrə maliyyə hesabatlarının auditinin təşkili məqsədi ilə həyata keçirilən satınalma proseduru sona çatmışdır. "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən keçirilmiş prosedurda "PraysvoterhausKupers Audit Azərbaycan" audit şirkəti kotirovka sorğusunun qalibi seçilmişdir.
Qeyd edək ki, artıq 6 ildir İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi beynəlxalq audit şirkətləri tərəfindən həyata keçirilir.