236 Arxiv
Xəbərlər

Geri

Gəncə şəhərində sahibkarlara güzəştli kreditlər verilmişdir 29.08.2014 / Konfranslar, iclaslar

Gəncə şəhərində sahibkarlara güzəştli kreditlər verilmişdir

 

skmf-gence-29-08-2014-1Avqustun 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Gəncədə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Gəncənin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, logistik mərkəzin, istixana kompleksinin və kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
skmf-gence-29-08-2014-2Tədbirdə bildirilmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 3547 sahibkara 186 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4362 investisiya layihəsinin maliyyələşdirilməsinə 156.2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 21 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. Həmçinin, indiyədək Gəncə şəhərindən olan 429 sahibkara 29.2 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 4000-ə yaxın yeni iş yerləri yaradılmışdır.
İşgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlardan olan 70-dən çox sahibkara 1,5 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması hesabına 150-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Forum çərçivəsində Gəncə şəhərində xalça və trikitaj məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.