236 Arxiv
Xəbərlər

Geri

Regionlarda dövlətin güzəştli kreditləri hesabına yeni sənaye müəssisələri yaradılır 01.08.2014 / Konfranslar, iclaslar

skmf-masalli-01-08-2014Avqustun 1-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunun Digah kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Masallıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Masallı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin, istixana və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 3099 sahibkara 162 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6800-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1851 investisiya layihəsinin maliyyələşdirilməsinə 86,9 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, quşçuluq fabrikləri, istixana, üzümçülük təsərrüfatları, çörək zavodları, mebel və tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9000-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar ötən dövr ərzində 12 sənaye müəssisəsinə (3 çörək, 1 meyvə-tərəvəz emalı və 3 yem zavodu, 1 plastik qapı-pəncərə istehsalı, 1 çınqıl və 1 polietilen və polipropilen istehsalı müəssisələri, 1 mis emalı zavodunun genişləndirilməsi və 1 corab istehsalı fabriki) 23.2 milyon manat güzəştli kredit ayrılmışdır.
İşgüzar forum çərçivəsində Masallı və ətraf rayonlardan olan 82 sahibkara 1,3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, üzümçülük, kartofçuluq, müasir istixana kompleksi, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 150-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Forum çərçivəsində Masallıda güzəştli kredit ayrılmış illik istehsal gücü 66 min ton kərpic olan zavoda və illik istehsal gücü 5,2 min dəst mebel olan fabrikin fəaliyyətinə baxış keçirilmişdir.