246 Arxiv
Xəbərlər

Geri

Yevlaxda güzəştli kreditlər hesabına istehsal və emal müəssisələrinin yaradılması təşviq olunur 15.05.2014 / Konfranslar, iclaslar

 

skmf-yevlax-15-05-2014-1Mayın 15-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Yevlax rayonunun Salamabad kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Yevlaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan "yaşıl market" in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, kiçik və ya orta həcmli istixana, iri taxılçılıq və intensiv bağçılıq təsərrüfatlarının, çörək, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 1668 sahibkara 83,6 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin skmf-yevlax-15-05-2014-2-reallaşdırılması 3900-dan çox yeni iş yerlərinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7851 investisiya layihəsinin maliyyələşdirilməsinə 348,3 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, heyvandarlıq komplekslərinin, üzümçülük, taxılçılıq və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 29700-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. Yevlax rayonu üzrə isə indiyədək 540 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 17.8 milyon manat kredit verilmişdir ki, bu kreditlər hesabına rayonda 2600-dan çox yeni iş yerinin açılması mümkün olacaqdır.
İşgüzar forum çərçivəsində Yevlax və ətraf rayonlardan olan 53 sahibkara 8,6 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən heyvandarlıq və iri taxılçılıq təsərrüfatlarının yaradılmasına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 200-ə yaxın yeni iş yeri açılması imkanı yaranacaqdır.
Yevlax rayonunun Salamabad kəndində keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Forum çərçivəsində Mingəçevir şəhərində güzəştli kredit ayrılmış çörək zavodunun fəaliyyətinə baxış keçirilmişdir.