234 Arxiv
Xəbərlər

Geri

Güzəştli kredit hesabına Bakı şəhərində ilk dəfə "yaşıl market"in tikintisi maliyyələşdirilmişdir 30.04.2014 / Konfranslar, iclaslar

skmf-sabunchu-30-04-2014-1Aprelin 30-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Ramana qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.
70-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə logistik mərkəzin, "yaşıl market"in, kiçik corab istehsalı müəssisəsinin və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 1471 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 71,4 milyon manat güzəştli kredit yönəldilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Şirzad Abdullayev həmçinin, məlumat vermişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlərskmf-sabunchu-30-04-2014-2haqqında" 16 yanvar 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, Bakı şəhərində artıq 2 logistik mərkəzin və 1 ixtisaslaşdırılmış "yaşıl market"in tikintisi maliyyələşdirilmişdir. "Yaşıl market"lərdə lazımi avadanlıq və vitrinlərlə təmin olunmuş satış yerləri, soyuducu anbar, fermer mağazaları, laboratoriya, avtopark və s. infrastruktur yaradılır və məhsulların müvafiq sanitar-gigiyenik normalara cavab verməsi üçün bütün şərtlər nəzərdə tutulur. Fermerlər istehsal etdikləri məhsulları laborator analizlərdən keçirərək, satışını vasitəçilər olmadan həyata keçirirlər. Bu da, kənd təsərrüfatı məhsullarının istehsalçıdan birbaşa istehlakçıya çatdırılmasına və ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılmasına şərait yaradacaq.
Ramana qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 5,6 milyon manat kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin, çörək, tikinti materialları istehsalı, "yaşıl market"in yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 150-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində həmçinin, Ramana qəsəbəsində güzəştli kredit ayrılmış polipropilen kisə istehsalı zavodunun fəaliyyətinə və corab istehsalı olan müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.