239
Arxiv
Xəbərlər
Geri
Qanvermə aksiyası davam etdirilir
26.04.2014 / Konfranslar, iclaslar
Məlumat verildiyi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" proqramına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyində qanvermə aksiyası keçirilmişdir. Talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək üçün qanvermə aksiyası Nazirliyin digər qurumlarında da davam etdirilir.
Aprelin 26-da İqtisadiyyat və Sənaye Nazirliyinin qurumlarında –Bakı Biznes Tədris Mərkəzində, Sahibkarlığa Kömək Milli Fondunda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda qanvermə aksiyası təşkil olunmuşdur. Aksiyada əməkdaşlar talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan vermişlər.