245 Arxiv
Xəbərlər

Geri

Xankəndindən olan məcburi köçkünlərə dövlətin güzəştli kreditləri verilmişdir 18.04.2014 / Konfranslar, iclaslar

skmf-18-04-2014-1Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə görülmüş işlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunmuş, çadır düşərgələri tamamilə ləğv edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
Aprelin 18-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xankəndindən olan məcburi köçkün sahibkarlarla dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair işgüzar forum keçirmişdir.
80-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Türkiyədən dəvət olunmuş mütəxəssisin iştirakı ilə hazırlanmış və regionda məcburi köçkünlərin məşğul ola biləcəyi güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələrə - kiçik cins heyvandarlıq və bağçılıq təsərrüfatlarının, süd emalı, arıçılıq və balın emalı, meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri skmf-18-04-2014-2hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, Fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Qeyd edilmişdir ki, indiyədək 1238 məcburi köçkün sahibkara 28,8 milyon manat güzəştli kredit verilmiş, bu kreditlərin reallaşdırılması nəticəsində 2600-ə yaxın yeni iş yerinin yaradılması mümkün olmuşdur. Təkcə, 2014-cü ilin ötən dövrü ərzində 38 məcburi köçkün sahibkara 2,9 milyon manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilmişdir ki, bu kreditlər hesabına 140-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 20,9 milyon manat güzəştli kredit verilmişdir.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xankəndindən olan 8 məcburi köçkün sahibkara 235 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 20-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Aşağı Ağcakənd qəsəbəsində keçirilmiş işgüzar forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.