239 Arxiv
Xəbərlər

Geri

Cəlilabadda sahibkarlarla dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair işgüzar forum keçirilmişdir 10.04.2014 / Konfranslar, iclaslar

skmf-celilebad-10-04-2014-1İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu aprelin 10-da Cəlilabad rayonunun Sabirabad kəndində keçirmişdir. Forumun keçirilməsinin əsas məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, Cəlilabadda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının, intensiv çiyələk əkini və emalı, müasir üzümqurutma və kiçik həcmli üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində 1106 sahibkara 46,5 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2700-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək skmf-celilebad-10-04-2014-2Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1664 investisiya layihəsinin maliyyələşdirilməsinə 73 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz emalı, mebel və tikinti materialları istehsalı müəssisələrinin, üzümçülük və intensiv bağçılıq və tingçilik təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Cəlilabad və ətraf rayonlardan olan 54 sahibkara 573 min manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, üzümçülük, əkinçilik, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Cəlilabad rayonunun Sabirabad kəndində keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Forum çərçivəsində Cəlilabadda güzəştli kredit ayrılmış üzümçülük təsərrüfatlarının fəaliyyətinə baxış keçirilmişdir.