233 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə maliyyə hesabatlarının auditi keçirilmişdir 01.04.2014 / Konfranslar, iclaslar

"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə maliyyə hesabatlarının auditi keçirilmişdir.
Audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilmişdir.
"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2013-cü il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilmiş, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilmişdir.