235 Arxiv
Xəbərlər

Geri

Quba rayonunda dövlətin güzəştli kreditləri hesabına yeni meyvə emalı müəssisələri yaradılır 27.03.2014 / Konfranslar, iclaslar

skmf-quba-27-03-2014-1Martın 27-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Quba rayonunun Yeni Güləzi kəndində keçirmişdir. 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, müasir çörək istehsalı, meyvə və tərəvəz emalı müəssisələrinin və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov çıxışlarında ölkədə davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, ölkənin digər regionları kimi, Qubada da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişlər.
skmf-quba-27-03-2014-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 879 investisiya layihəsinin maliyyələşdirilməsinə 28,1 milyon manat güzəştli kredit verilmişdir. Bu investisiya layihələrinin reallaşdırılması 2100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1488 investisiya layihəsinin maliyyələşdirilməsinə 113,6 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, istixana, intensiv bağçılıq, tingçilik və toxumçuluq, meyvə-tərəvəz emalı, üzümçülük təsərrüfatlarının, tara, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilmişdir. Verilmiş güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Yeni Güləzi kəndində keçirilən "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Quba və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkara 646 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq və s. sahələrinin inkişafına yönəldiləcək və 70-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.
Tədbir çərçivəsində həmçinin, Quba rayonunun Vəlvələ kəndində güzəştli kredit ayrılmış logistik mərkəzin fəaliyyətinə baxış keçirilmişdir.