231 Arxiv
Xəbərlər

Geri

Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir 13.03.2014 / Konfranslar, iclaslar

skmf-agstafa-13-03-2014-1Martın 13-də Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini 100-ə yaxın sahibkarın iştirakı ilə Ağstafanın Dağ Kəsəmən kəndində keçirmişdir.
Tədbirdə sahibkarlarla Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer və intensiv bağçılıq təsərrüfatlarının, çörək istehsalı, kiçik və ya orta həcmli meyvə qurutma və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov Ağstafanın, eləcə də rayonun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
skmf-agstafa-13-03-2014-2İqtisadiyyat və Sənaye Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev dövlət başçısının diqqət və qayğısı nəticəsində bütün regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, ölkənin digər bölgələrində olduğu kimi Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Ağstafada quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin, yeni iş yerlərinin açıldığını bildirmişlər.
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 666 investisiya layihəsinin maliyyələşdirilməsinə 25.3 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 1600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edilmişdir ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3707 investisiya layihəsinin maliyyələşdirilməsinə bu günkü tədbirdə verilən kreditlər də daxil olmaqla 135,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, istixana təsərrüfatlarının, çörək zavodlarının, süfrə sularının, meyvə-tərəvəz, süd emalı, ət kəsimi və emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilmişdir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 48 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq (üzümçülük), istixana şəraitində tərəvəzçilik, arıçılıq, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Ağstafa və Şəmkir rayonlarında güzəştli kreditlər hesabına maliyyələşdirilmiş heyvandarlıq və müasir istixana təsərrüfatlarının fəaliyyətinə baxış keçirilmişdir.