240 Arxiv
Xəbərlər

Geri

Yardımlıda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 24.01.2014 / Konfranslar, iclaslar

skmf-yardimli-24.01.2014-1Yanvarın 24-də Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu ilin 2-ci tədbirini Yardımlı rayonunun Avaş kəndində keçirmişdir. 70-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Yardımlı rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, arıçılıq təsərrüfatlarının o cümlədən, sənaye üsulu ilə bal istehsalı müəssisəsinin, meyvə emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, ölkənin digər bölgələrində olduğu kimi, Yardımlıda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri, yeni iş yerlərinin açıldığını bildirmişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, ötən il güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələr, güzəştli kredit alınması üçün yaradılmış elektron idarəetmə sistemi və onun üstünlükləri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, 2013-cü ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4468 investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin skmf-yardimli-24.01.2014-2yaradılması nəzərdə tutulur. 2013-cü ildə Lənkəran iqtisadi rayonunda heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, istixana təsərrüfatlarının yaradılması, tikinti materiallarının istehsalı və s. investisiya layihələrinin maliyyələşdirilməsinə 21,6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması 1200-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.
Tədbirdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Yardımlı və ətraf rayonlarda fəaliyyət göstərən 26 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 2,8 milyon manat güzəştli kreditin verilməsi barədə qərar qəbul edildiyi sahibkarların diqqətinə çatdırılmışdır. Bu kreditlər əsasən, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatlarının yaradılması və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaqdır.
Tədbir çərçivəsində Masallı rayonunda güzəştli kredit ayrılmış ildə 650 ton tərəvəz məhsulları istehsal etmək gücünə malik müasir istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.