242 Arxiv
Xəbərlər

Geri

Beyləqanda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2014-cü ilin ilk tədbiri keçirilmişdir 17.01.2014 / Konfranslar, iclaslar

skmf-beyleqan-17.01.2014-1Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2014-cü ilin ilk tədbirini yanvarın 17-də Beyləqan rayonunda keçirmişdir. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 377 min manat güzəştli kreditn verilməsi barədə qərar qəbul edilmişdir. Bu layihələrin reallaşdırılması 60-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.
80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılmış, Fond tərəfindən Beyləqan rayonun iqtisadi potensialına uyğun olaraq 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, o cümlədən maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan iri taxılçılıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Telman Məstanov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Aran regional bölməsinin müdir müavini İlham Qəribov çıxışlarında həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi Beyləqan rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişlər.
skmf-beyleqan-17.01.2014-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, 2013-cü ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4500 investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il Aran iqtisadi rayonu üzrə 2000-ə yaxın sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 68,5 milyon manat güzəştli kredit verilmişdir. 2014-cü ildə ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, müasir quşçuluq təsərrüfatlarının, sənaye müəssisələrinin, logistika mərkəzlərinin, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin, iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının, müasir istixana komplekslərinin, intensiv üzümçülük təsərrüfatlarının və üzüm emalı müəssisələrinin, müasir çörək istehsalı müəssisələrinin yaradılması və s. güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr olacaqdır.
Tədbir çərçivəsində Beyləqanda güzəştli kredit ayrılmış tutumu 6,5 min ton olan soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.