218 Arxiv
Xəbərlər

Geri

Göygöldə sahibkarlara güzəştli kreditlər verilmişdir 13.12.2013 / Konfranslar, iclaslar

skmf-goygol-13.12.2013-1Dekabrın 13-də Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Göygöl rayonunun Quşqara kəndində keçirmişdir. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 554 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələr 70-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, quşçuluq sahələrinin inkişafına yönəldiləcək.
80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılmış, Fond tərəfindən Göygöl rayonunda prioritet hesab olunan çörək istehsalı müəssisəsinin, kiçik və orta həcmli cins heyvandarlıq, üzümçülük təsərrüfatlarının, meyvə emalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev Göygöl rayonunda görülən işlər, o cümlədən rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə gələcəkdə həyata keçiriləcək tədbirlər, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, eləcə də dövlət proqramlarında rayon üzrə nəzərdə tutulmuş tədbirlər və onların icra vəziyyəti barədə məlumat vermişlər.
skmf-goygol-13.12.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 4260 investisiya layihəsinin maliyyələşdirilməsinə 270,4 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 11750-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bildirilmişdir ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 132,2 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilmiş kreditlər də daxil olmaqla) verilmişdir.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Samux rayonunda dövlətin güzəştli krediti ayrılmış ildə 1,6 min ton quş əti istehsal etmək gücünə malik olan quşçuluq təsərrüfatının fəaliyyətinə və illik istehsal gücü 19 min ton süd olan 2500 başlıq heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.