242 Arxiv
Xəbərlər

Geri

Dövlətin güzəştli kreditləri hesabına Binəqədi rayonunda müasir çörək zavodları yaradılıb 29.11.2013 / Konfranslar, iclaslar

skmf-bineqedi-29.11.2013-1Sahibkarlığa Kömək Milli Fondu "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən sahibkarların müasir istehsal, emal və infrastruktur layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirir.
Noyabrın 29-da Fond "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Binəqədi rayonunun Biləcəri qəsəbəsində keçirmişdir. 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 591 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 90-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək. Verilmiş kreditlər əsasən, heyvandarlıq, plastik qapı-pəncərə, mebel, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir.
Tədbirdə iştirak edən sahibkarlarla Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, onlara müasir tikinti konstruksiyaları, ət kəsimi, tikişçilik və çörək istehsalı müəssisələrinin, kiçik həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində skmf-bineqedi-29.11.2013-2Binəqədi rayonunda görülən işlər və rayonun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə həyata keçirilən tədbirlər, ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında Bakı şəhəri və onun qəsəbələrində dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən layihələr, sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 644 investisiya layihəsinin maliyyələşdirilməsinə 146,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər 5100-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Fond tərəfindən mütəmadi olaraq, sahibkarların maarifləndirilməsi tədbirləri də keçirilir. İndiyədək Fond tərəfindən Bakıətrafı qəsəbələrdə təşkil edilmiş treninqlərdə 5 minə yaxın sahibkar iştirak etmişdir.
Tədbir çərçivəsində həmçinin, Rəsulzadə qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış ildə 16,9 min ton çörək istehsal etmək gücünə malik olan müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilmişdir.