993
Karyera

Geri

Hüquq şöbəsinin baş mütəxəssisi

Azərbaycan Biznesinin İnkişafı Fondunun Sahibkarlığın inkişafı departamenti üzrə Hüquq şöbəsinin baş mütəxəssisi” vəzifəsi üçün vakansiya elan edilir:

 

Vəzifə öhdəlikləri:

  • Fondun hüquqi siyasətinin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
  • Normativ hüquqi aktların layihələrinin tərtib edilməsində iştirak etmək, o cümlədən layihələrin müəyyən olunmuş müddətlər daxilində hüquqi ekspertizasını həyata keçirmək və aidiyyəti üzrə münasibət bildirmək;
  • Müqavilələrin, hüquqi sənədlərin və rəsmi yazışmaların qanunvericiliyə uyğunluğunu təmin etmək, Fondun fəaliyyəti ilə bağlı imzalanan müqavilələrin layihələrinin ekspertizasını həyata keçirmək;
  • Məhkəmə proseslərində və dövlət qurumlarında Fondu təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;
  • Fondun cəlb edildiyi məhkəmə prosesləri ilə əlaqədar prosessual sənədlər (iddia ərizələri, iddia ərizələrinə dair etirazlar, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri və s.) hazırlamaq;
  • Dövlət orqanları və digər tərəfdaşlarla hüquqi əlaqələri koordinasiya etmək;
  • Fəaliyyəti ilə əlaqədar əldə etdiyi xüsusi məlumatların məxfiliyini təmin etmək.

 

Namizədə dair tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi (məhkəmə və inzibati orqanlarda iş təcrübəsi üstünlükdür);
  • Azərbaycan Respublikasının qanunvericiliyi üzrə dərin biliklər;
  • Müqavilə hüququ, korporativ hüquq və prosessual hüquq sahələrində təcrübə;
  • Analitik düşünmə, hüquqi analiz və strateji idarəetmə bacarıqları;
  • Problem həlletmə bacarıqları;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (ingilis və rus dili bilikləri üstünlükdür);
  • MS Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı.

 

Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində Hüquq şöbəsinin baş mütəxəssisi” qeyd etməklə hr@abdf.gov.az e-mail ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 08.06.2025