Karyera
Geri
Maliyyə və uçot şöbəsinin mütəxəssisi
Azərbaycan Biznesinin İnkişafı Fondunun Sahibkarlığın inkişafı departamenti üzrə “Maliyyə və uçot şöbəsinin mütəxəssisi” vəzifəsi üçün vakansiya elan edilir:
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əməkhaqqının, gəlir vergisi və sosial ayırmalarının hesablanması;
- Məzuniyyət haqqının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
- Vahid rüblük bəyannamənin hazırlanması və təqdim olunması;
- İşçilər üçün bank kartlarının sifarişi və əməkhaqqı kartları ilə bağlı problemlərin həllinə dəstək;
- İşçilərin əməkhaqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması
- Əməkhaqqı ilə bağlı Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların hazırlanması və sualların cavabalandırılması;
- Ezamiyyətdə olan təhtəlhesab şəxslər tərəfindən təqdim edilmiş avans hesabatlarının və sənədlərin düzgünlüyünü yoxlamaq və ödənişini təmin etmək.
Namizədə dair tələblər:
- Maliyyə, iqtisadiyyat və bank işi sahəsində ali təhsil;
- İqtisadi və maliyyə biliklərinin olması;
- Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətli olmaq;
- Maliyyə və mühasibatlıq sahəsində sertifikatının olması arzuolunandır;
- MS Office (xüsusi ilə Excel) proqramlarından istifadə bacarığı.
Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində “Maliyyə və uçot şöbəsinin mütəxəssisi” qeyd etməklə hr@abdf.gov.az e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 08.06.2025