Karyera
Geri
Layihələrin təhlili şöbəsinin mütəxəssisi
Azərbaycan Biznesinin İnkişafı Fondunun Sahibkarlığın inkişafı departamenti üzrə “Layihələrin təhlili şöbəsinin mütəxəssisi” vəzifəsi üçün vakansiya elan edilir:
Əsas öhdəliklər:
- Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) qəbulu və analizi;
- Təqdim edilən investisiya layihələrinin Fondun müəyyən etdiyi normativ qaydalara uyğunluğunu yoxlamaq;
- Müvəkkil təşkilatlar ilə əməkdaşlıq və mütəmadi kommunikasiya;
- İnvestisiya layihələrinə dair hazırlanmış rəylərin və məlumatların Fondun Kredit Komitəsinə təqdim edilməsi;
- Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq, kredit portfelinə nəzarət;
- Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.
Namizədə dair tələblər:
- Maliyyə, iqtisadiyyat və ya idarəetmə sahəsində ali təhsil;
- İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını təhlil etmə bacarığı;
- MS Office (xüsusi ilə Excel) proqramlarından istifadə bacarığı;
- Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətlilik;
- Maliyyə sahəsində beynəlxalq sertifikatların olması üstünlükdür.
Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-lərini mövzu hissəsində “Layihələrin təhlili şöbəsinin mütəxəssisi” qeyd etməklə hr@abdf.gov.az e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 08.06.2025