İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
İQTİSADİ RAYONLAR ÜZRƏ PRİORİTET İSTİQAMƏTLƏR

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli

yerləşdirilməsi məqsədilə iqtisadi rayonlar üzrə

PRİORİTET İSTİQAMƏTLƏR

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”nin 4.9.13-cü “Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətləri müəyyənləşdirmək” bəndindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar iqtisadi rayonlar üzrə aşağıdakı prioritet istiqamətlər müəyyən olunmuşdur:

Abşeron iqtisadi rayonu üzrə

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
  • aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
  • müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq (zeytun, badam və. s) və tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • startap layihələrin dəstəklənməsi;
  • turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
  • ət kəsimi müəssisələrinin yaradılması;
  • innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi;
  • nəqliyyat, ticarət (o cümlədən elektron kommersiya) və logistika xidmətlərinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • digər istehsal, emal və xidmət sahələrində (yüngül, yeyinti, kimya, maşınqayırma sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
  • idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • təkrar emal layihələrinin dəstəklənməsi;
  • balıqçılıq və digər su bioresurslarının bərpa olunması və artırılmasının dəstəklənməsi;
  • ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənətlərinin inkişaf etdirilməsi məqsədilə xalçaçılıq, suvenir istehsalı və sair sahələrin dəstəklənməsi;
  • kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin dəstəklənməsi;
  • rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
  • alternativ enerji və ya rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
  • ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
  • BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal, turizm və digər sahələr üzrə layihələrin dəstəklənməsi.

Aran iqtisadi rayonu üzrə

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
  • aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
  • müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq (xurma, nar, üzüm və sair) və tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı, qüvvəli yem və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • pambıqçılıq, çəltikçilik, baramaçılıq və üzümçülük təsərrüfatlarının yaradılması;
  • baramaqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
  • startap layihələrin dəstəklənməsi;
  • turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
  • innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi;
  • nəqliyyat, ticarət (o cümlədən elektron kommersiya) və logistika xidmətlərinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • digər istehsal, emal və xidmət sahələrində (yüngül, yeyinti, maşınqayırma sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
  • idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
  • alternativ enerji və ya rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
  • ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
  • BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal və digər sahələr üzrə layihələrin dəstəklənməsi.

Dağlıq-Şirvan iqtisadi rayonu üzrə

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
  • aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
  • müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik və bağçılıq təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • üzümçülük təsərrüfatlarının yaradılması;
  • yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
  • startap layihələrin dəstəklənməsi;
  • turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
  • innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi
  • tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • digər istehsal, emal və xidmət sahələrində (yeyinti sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
  • idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənətlərinin inkişaf etdirilməsi məqsədilə xalçaçılıq, dulusçuluq, misgərlik, suvenir istehsalı və sair sahələrin dəstəklənməsi;
  • rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
  • rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
  • ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
  • BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal, turizm və digər sahələr üzrə layihələrin dəstəklənməsi.

Gəncə-Qazax iqtisadi rayonu üzrə

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
  • aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
  • müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq (üzüm, xurma, ərik və sair) və tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı, qüvvəli yem və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • baramaçılıq və üzümçülük təsərrüfatlarının yaradılması;
  • baramaqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
  • startap layihələrin dəstəklənməsi;
  • turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
  • innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi;
  • nəqliyyat, ticarət (o cümlədən elektron kommersiya) və logistika xidmətlərinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • digər istehsal, emal və xidmət sahələrində (yüngül, yeyinti, maşınqayırma sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
  • idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • dağ-mədən sənayesinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • təkrar emal layihələrinin dəstəklənməsi;
  • ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənətlərinin inkişaf etdirilməsi məqsədilə xalçaçılıq, suvenir istehsalı və sair sahələrin dəstəklənməsi;
  • kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin dəstəklənməsi;
  • rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
  • rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
  • ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
  • BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal, turizm və digər sahələr üzrə layihələrin dəstəklənməsi.

Quba-Xaçmaz iqtisadi rayonu üzrə

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
  • aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
  • müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq (alma, fındıq, üzüm və sair) və tingçilik təsərrüfatlarının təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
  • startap layihələrin dəstəklənməsi;
  • turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
  • innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi;
  • nəqliyyat, ticarət (o cümlədən elektron kommersiya) və logistika xidmətlərinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • digər istehsal, emal və xidmət sahələrində (yeyinti sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
  • idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • balıqçılıq və digər su bioresurslarının bərpa olunması və artırılmasının dəstəklənməsi;
  • ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənətlərinin inkişaf etdirilməsi məqsədilə xalçaçılıq, dulusçuluq, misgərlik, suvenir istehsalı və sair sahələrin dəstəklənməsi;
  • rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
  • rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
  • ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
  • BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal, turizm və digər sahələr üzrə layihələrin dəstəklənməsi.

Lənkəran iqtisadi rayonu üzrə

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
  • aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
  • müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq (sitrus) və tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • çayçılıq, tütünçülük, çəltikçilik və üzümçülük təsərrüfatlarının yaradılması;
  • tütünqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
  • startap layihələrin dəstəklənməsi;
  • turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
  • innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi
  • logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi;
  • nəqliyyat, ticarət (o cümlədən elektron kommersiya) və logistika xidmətlərinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • digər istehsal, emal və xidmət sahələrində (yeyinti sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
  • idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • balıqçılıq və digər su bioresurslarının bərpa olunması və artırılmasının dəstəklənməsi;
  • rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
  • rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
  • ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
  • BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal, turizm və digər sahələr üzrə layihələrin dəstəklənməsi.

Şəki-Zaqatala iqtisadi rayonu üzrə

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
  • aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
  • müasir suvarma sistemlərinin tətbiqi ilə əkinçilik, intensiv bağçılıq (qərzəkli və sair) və tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
  • qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • çayçılıq, tütünçülük və baramaçılıq təsərrüfatlarının yaradılması;
  • tütünqurutma, baramaqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
  • startap layihələrin dəstəklənməsi;
  • turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
  • innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi;
  • dağ-mədən sənayesinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi;
  • nəqliyyat, ticarət (o cümlədən elektron kommersiya) və logistika xidmətlərinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
  • digər istehsal, emal və xidmət sahələrində (yüngül, yeyinti sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
  • idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
  • ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənətlərinin inkişaf etdirilməsi məqsədilə xalçaçılıq, dulusçuluq, ipəkçilik, misgərlik, suvenir istehsalı və sair sahələrin dəstəklənməsi;
  • rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
  • rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
  • ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
  • BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal, turizm və digər sahələr üzrə layihələrin dəstəklənməsi.

Yuxarı-Qarabağ iqtisadi rayonu üzrə

  • qeyri-neft sektorunda sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrin dəstəklənməsi.

Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə