Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli
yerləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri üzrə
PRİORİTET İSTİQAMƏTLƏR
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”nin 4.9.13-cü “Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətləri müəyyənləşdirmək” bəndindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar iqtisadiyyatın sahələri üzrə aşağıdakı prioritet istiqamətlər müəyyən olunmuşdur:
İqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər:
- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal və emal sahələrinin yaradılması;
- aqroparkların yaradılması;
- ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması;
- müasir suvarma sistemlərinin tətbiqi ilə əkinçilik təsərrüfatlarının yaradılması;
- startap layihələrin dəstəklənməsi;
- turizmin inkişafı (eləcə də kənd turizmi layihələrinin dəstəklənməsi);
- meyvə-tərəvəz məhsullarının emalı, həmçinin qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı müəssisələrinin (o cümlədən kiçik və orta ölçülü) yaradılması;
- ət kəsimi, ət və süd emalı müəssisələrinin (o cümlədən kiçik və orta ölçülü) yaradılması;
- innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması, mövcud istehsal sahələrinin modernləşdirilməsi;
- qüvvəli yem istehsalı müəssisələrinin yaradılması;
- intensiv bağçılıq (üzüm, alma, nar, zeytun, badam, qərzəkli və. s) və tingçilik təsərrüfatlarının yaradılması;
- ənənəvi meyvə sortları ("Qızıləhmədi", "Qəndi-sinab" və sair) üzrə bağçılıq təsərrüfatlarının yaradılması;
- müasir çörək istehsalı müəssisələrinin yaradılması;
- texniki bitkilərin istehsalı və emalı sahələrinin yaradılması;
- logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl marketlərin və fermer mağazalarının yaradılması;
- müasir suvarma sistemlərinin və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması;
- digər istehsal, emal və xidmət sahələrində (yüngül, yeyinti, kimya, maşınqayırma və s.) müəssisələrin yaradılması;
- idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması;
- Balıçılıq və digər su bioresurslarının bərpa olunması və artırılmasının dəstəklənməsi;
- Ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənəti nümunələrinin istehsalı (xalçaçılıq, suvenir, dulusçuluq, ipəkçilik, misgərlik və sair);
- Mikro və kiçik sahibkarlığın (o cümlədən gənc, qadın, əlil və məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinin) inkişafı.