MKT-lər üçün müraciət qaydası

Geri

MKT-lər üçün müraciət qaydası

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının  “29” sentyabr 2023-cü il  tarixli 3-21-8/3-7-MŞ-07/2023 nömrəli Qərarı ilə (Protokol № 3-21-8/3-6-MŞ-07/2023) edilmiş dəyişikliklərlə təsdiq edilmişdir.

Müvəkkil kredit təşkilatı seçilmək üçün təqdim edilməli sənədlərin siyahısı
2.1.      Fondun müvəkkil təşkilatlarının siyahısına daxil olmaq üçün kredit təşkilatı (bank və ya bank olmayan kredit təşkilatı) aşağıdakı sənədlərlə birlikdə Fonda rəsmi müraciət edir:
2.1.1.   kredit təşkilatının təsis sənədlərinin və lisenziyasının notarial qaydada təsdiq olunmuş surətləri;
2.1.2.   kredit təşkilatının idarəetmə orqanının üzvlərinin vəzifəyə təyin olunması haqqında qərarların (əmrlərin) surətləri;
2.1.3.   kredit təşkilatının məsul şəxslərinin notarial qaydada təsdiq olunmuş imza nümunələri və möhürünün əksi;
2.1.4.   prudensial hesabatları;
2.1.5.   kredit portfelində qeyri-işlək kreditlərin (balansdan silinmiş kreditlərin qalıqları nəzərə alınmaqla) payı haqqında məlumat;
2.1.6.   sahibkarlıq məqsədilə verilmiş kredit portfelində qeyri-işlək kreditlərin (balansdan silinmiş kreditlərin qalıqları nəzərə alınmaqla) payı haqqında məlumat;
2.1.7.   kredit portfelində sahibkarlıq məqsədilə verilmiş kreditlərin payı haqqında məlumat;
2.1.8.   kənar auditor rəyi ilə təsdiq olunmuş son  2 (iki) il üçün maliyyə hesabatları;
2.1.9.   kredit təşkilatının filial şəbəkəsi haqqında məlumat.