Geri

MKT-lər üçün müraciət qaydası

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının “29” sentyabr 2023-cü il tarixli 3-21-8/3-7-MŞ-07/2023 nömrəli Qərarı ilə (Protokol № 3-21-8/3-6-MŞ-07/2023) edilmiş dəyişikliklərlə təsdiq edilmişdir.


Fondun müvəkkil təşkilatlarının siyahısına daxil olmaq üçün kredit təşkilatı (bank və ya bank olmayan kredit təşkilatı) aşağıdakı sənədlərlə birlikdə Fonda rəsmi müraciət edir:
1.   kredit təşkilatının təsis sənədlərinin və lisenziyasının notarial qaydada təsdiq olunmuş surətləri;
2.   kredit təşkilatının idarəetmə orqanının üzvlərinin vəzifəyə təyin olunması haqqında qərarların (əmrlərin) surətləri;
3.   kredit təşkilatının məsul şəxslərinin notarial qaydada təsdiq olunmuş imza nümunələri və möhürünün əksi;
4.   prudensial hesabatları;
5.   kredit portfelində qeyri-işlək kreditlərin (balansdan silinmiş kreditlərin qalıqları nəzərə alınmaqla) payı haqqında məlumat;
7.   kredit portfelində sahibkarlıq məqsədilə verilmiş kreditlərin payı haqqında məlumat;
8.   kənar auditor rəyi ilə təsdiq olunmuş son  2 (iki) il üçün maliyyə hesabatları;
9.   kredit təşkilatının filial şəbəkəsi haqqında məlumat.