Elanlar

Geri

SİF təkliflər sorğusu elan edir

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması prosesinin avtomatlaşdırılması üçün elektron kredit və zəmanət sisteminin  hazırlanması işlərinin satınalınması məqsədi ilə təkliflər sorğusu elan edir

Təkliflər sorğusu prosedurunda iştirak etmək üçün bu sahədə ixtisaslaşmış podratçılar dəvət olunur. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müsabiqə üçün təkliflərini kağız daşıyıcı vasitəsi ilə Fonda Şərifzadə 172  ünvanına təqdimi  edə bilərlər.

         İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-        tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-        tender təklifi dəyərinin 1 faizi  həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);

-        Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqandan arayış;

-        iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-        iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-        iddiaçının tam hüquqi adı statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-        malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat.

-        Sahibkarlıq subyekti kateqoriyasına dair məlumat. (İri sahibkarlıq subyektlərinin iştirakına icazə verilir.)

-        Tenderin Əsas şərtlər toplusunda qanunvericiliklə nəzərdə tutulan və tələblərindən irəli gələn digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları əlaqə vasitələriylə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri, tender təklifi və bank təminatı sənədlərini  04 aprel 2023-cü il saat 15.00-dək qapalı zərfdə imza və möhürlə təsdiq olunmuş şəkildə Fonda təqdim etməlidirlər. İddiaçıların təklifləri 05 aprel 2023-cü il saat 15.00-da açılacaqdır.

     İddiaçılar açılışın nəticələri ilə bağlı məlumatlandırılacaq.

İddiaçılar şərtlər toplusunu 13.03.2023 tarixində, saat 17:50-dan sonra Fonda  müraciət edərək əldə edə bilərlər.

Paylaş: