Xəbərlər

Geri

Sahibkarlığın İnkişafı Fondu 2021-ci ili mənfəətlə başa vurub

29.04.2022 11:46:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) 2021-ci ilin yekunlarına dair maliyyə hesabatını dərc edib və bu barədə məlumat Fondun rəsmi internet səhifəsində yerləşdirilib.

Hesabata əsasən, 2021-ci ildə Fondun əməliyyat gəlirləri 2020-ci illə müqayisədə 39,9 faiz artaraq 14,1 milyon manat, ehtimal olunan kredit zərərlərinin azalması üzrə gəlirləri 10,4 milyon manat təşkil edib. Əməliyyat və vergi xərcləri 6,9 milyon manat olmaqla, Fond 2021-ci ili 17,7 milyon manat mənfəətlə başa vurub. 31 dekabr 2021-ci il tarixinə Fondun cəmi aktivləri 842,1 milyon manat, öhdəlikləri 17 milyon manat və kapitalı 825,1 milyon manat təşkil edib.

Qeyd edək ki, Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil auditor şirkətləri tərəfindən hər il yoxlanılır. 2021-ci ilin maliyyə hesabatları “Baker Tilly” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib. Audit rəyinə əsasən, maliyyə hesabatları Fondun 31 dekabr 2021-ci il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Paylaş: